ALİANZA MEDİA

Media Kodeks

Redaksiya siyasəti və peşə etikası qaydaları

Həqiqətə hörmət və cəmiyyətin məlumat ehtiyacını qarşılamaq jurnalistikanın əsas prinsipləridir. Jurnalist hansı media qurumunda çalışmasından asılı olmayaraq, ictimai məsuliyyət daşıyır.

Ümumi prinsiplər

Media qurumumuz fəaliyyətlərində aşağıdakı prinsiplərə uyğun hərəkət edir:

  • Obyektivlik, dəqiqlik, qərəzsizlik və dürüstlük prinsiplərinə sadiqlik
  • Məlumatların yoxlanılmadan təqdim edilməməsi
  • Birtərəfli yanaşmadan qaçınılması
  • Böhtan, təhqir və nifrət nitqinə yol verilməməsi
  • Dövlət dilinin normalarına riayət olunması
  • Kobud ifadə və jarqondan istifadə edilməməsi
  • Milli və mənəvi dəyərlərə hörmət
  • Vətəndaş hüquqları və demokratiyaya həssas yanaşma
  • Dini inanclara və şəxsi şərəfə hörmət
  • Dövlət rəmzlərinə hörmət
  • Zorakılıq və ayrı-seçkiliyin təşviq edilməməsi
  • Plüralizm və obyektivliyin qorunması
  • Uşaqların qorunması və etik yanaşma
  • Günahsızlıq prezumpsiyasına hörmət

Xəbərlər və şərhlər

  • Xəbər və şərhlər ayrılmalıdır
  • Mənbələr açıq göstərilməlidir
  • Fikirlər təhrif edilməməlidir
  • Reklam ayrıca qeyd olunmalıdır

Xəbər mənbələri ilə iş

  • Etibarlı mənbələrdən istifadə
  • Mənbə anonimliyi qorunmalıdır
  • Ən azı iki mənbə ilə yoxlama

Təkzib və düzəliş

Səhvlər operativ şəkildə düzəldilir və qeyd olunur.

Scroll to Top Button Responsive Footer